Bu gün:


AZƏRBAYCAN -TÜRKİYƏ TƏLİMLƏRİ BAŞA ÇATDI

Tarix: 09.04.2021 / 19:21  •   Oxundu: 104 dəfə  •  

Ölkəmizdə keçirilən Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başa çatıb.

Müdafiə Nazirliyindən İDEAL Media.az-a verilən məlumata görə, birgə təlimlərdə Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyəti təkmilləşdirilib, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqları inkişaf etdirilib.