Bu gün:


HULUSİ AKAR BRİTANİYADA

Tarix: 09.04.2021 / 22:08  •   Oxundu: 98 dəfə  •  

Türkiyə milli müdafiə naziri Hulusi Akar ingilis həmkarı Ben Vallasın dəvəti ilə Londona səfəri çərçivəsində NATO, Əfqanıstan, Şərqi Aralıq, Qara dənizdəki məsələlər və ikitərəfli əlaqələri müzakirə edib.

İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

H.Akar “Prince of Wales” (Uels Şahzadəsi) təyyarədaşıyan gəmisini və xüsusi təyinatlıları ziyarət edib.

Türk nazir Vallasla görüşündə Birləmiş Krallığın PKK terror qruplaşması ilə mübarizədə müəyyən addımlar atdığını, lakin bunun yetərli olmadığını bildirib.

Akar həmçinin əlavə edib ki, FETÖ şəbəkəsinin ən aktiv olduğu ölkələrdən biri də məhz Böyük Britaniyadır:
“FETÖ ilə mübarizədə Türkiyəyə dəstək verilməli və müvafiq addımlar atılmalıdır”.