Bu gün:


TÜRKİYƏ VƏ LİVİYA BİRGƏ TƏLİMLƏR KEÇİRİR

Tarix: 11.04.2021 / 21:07  •   Oxundu: 95 dəfə  •  

Türkiyə Silahlı Qüvvələri Liviya Ordusunun Hərbi Dəniz Qüvvələrinin heyətində sualtı müdafiə təlimlərinə start verib.

İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Nazirliyin tvitter hesabındakı paylaşımda qeyd edilir ki, bu, Liviya ordusuna dəstək xarakteri daşıyır:
"Beş yüz illik ortaq tarixə söykənən çoxyönlü münasibətlərimizin olduğu liviyalı qardaşlarımıza dəstək üçün Liviya ordusuna keçdiyimiz təlimlər davam etməkdədir".