Bu gün:


TÜRKİYƏDƏN KRİTİK HƏMLƏ

Tarix: 12.04.2021 / 12:57  •   Oxundu: 80 dəfə  •  

Əfqanıstan hökuməti ilə Taliban qruplaşması arasında sülh danışıqlarının növbəti mərhələsi bu həftə İstanbulda baş tutacaq.

İDEAL Media.az “NTV haber”ə istinadən xəbər verir ki, toplantıda həmçinin ABŞ tərəfi də iştirak edəcək. Məqsəd Əfqanıstanda sabitliyin bərpa edilməsi üçün yol xəritəsi hazırlamaqdır. Görüşdən əvvəl Xarici İşlər naziri Mövlud Çavuşoğlu əfqan həmkarı Hanif Atmar ilər telefon əlaqəsi yaradıb.

Telefon söhbətinin detalları barədə ətraflı məlumat verilmir.
Bundan əvvəlki mərhələ Qətərdə baş tutmuşdu.