Bu gün:


ELDAR QULİYEV SABAH DƏFN OLUNACAQ

Tarix: 17.04.2021 / 12:16  •   Oxundu: 68 dəfə  •  

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev sabah, günün birinci yarısında dəfn olunacaq.
Mədəniyyət Nazirliyindən İDEAL Media.az -a verilən məlumata görə, mərhumun qızının Bakıya gəlməsi gözlənilir.

Qeyd edək ki, görkəmli rejissor aprelin 16-da vəfat edib. O, özünün vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında həyat yoldaşının yanında dəfn ediləcək.