Bu gün:


MƏRAKEŞ TÜRKİYƏDƏN 13 "BAYRAQDAR" ALIR

Tarix: 17.04.2021 / 12:42  •   Oxundu: 47 dəfə  •  

Mərakeş hökuməti 13 "Bayraqdar TB2" zərbə PUA-sı sifariş verib.
İDEAL Media.az xəbər verir ki, bu məlumatı Mərakeşin “La Desk” portalı yayıb.

PUA-larla bağlı razılaşmanın Mərakeşin Qərbi Saxarada hərbi əməliyyatı başlaması fonunda imzalandığı bildirilib.

Mərakeşlə “Baykar” şirkəti arasında imzalanan razılaşmaya əsasən, Türkiyə tərəfi Mərakeşə "Bayraqdar TB2"-nin ehtiyat hissələrini verməklə bərabər şəxsi heyətin hazırlığını da həyata keçirəcək.