Bu gün:


RUSİYALI KREDİTORLARIN SİFARİŞİ İLƏ...

Tarix: 17.04.2021 / 17:43  •   Oxundu: 159 dəfə  •  

Rusiyada müflis olmuş “Palmali” MMC-nin kreditorları Mübariz Mənsimovun gizlətdiyi əmlakını axtarmağı Türkiyədən olan detektivlərə həvalə ediblər.
 
Bu qərar bir neçə gün əvvəl  kreditorlar komitəsinin iclasında qəbul edilib. Detektivlərin adları isə əlbətdə ki, gizli saxlanılır.
 
“Palmali” MMC Rostovda fəaliyyət göstərən və çaylarla neft daşımaları həyata keçirən şirkətdir, Türkiyədə mənzillənən “Palmali Shpping”in törəməsidir. Bu şirkət “Sberbank”a və digər kreditorlara olan yüz milyonlarla dollarlıq borcuna görə müflis elan olunub, əmlakı hərraca çıxarılıb. Lakin şirkətin müsadirə edilən əmlakının dəyəri onun borclarının həcmindən dəfələrlə aşağıdır.