Bu gün:


BRİTANİYA DA QARA DƏNİZƏ HƏRBİ GƏMİLƏRİNİ GÖNDƏRİR

Tarix: 18.04.2021 / 14:04  •   Oxundu: 72 dəfə  •  

Böyük Britaniya iki hərbi gəmisini Qara dənizə göndərir.

İDEAL Media.az xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.

Nəşrin məlumatına görə, bu addım bölgədə Ukrayna və NATO-ya dəstək ifadə etmək məqsədi daşıyır.

1 minadaşıyan və 1 freqat Aralıq dənizindəki Britaniya Hərbi Dəniz Donanmasının aviadaşıyıcı zərbə qrupundan ayrılaraq Qara dənizə daxil olacaq.

Nəşr bildirib ki, Rusiya tərəfdən təhlükə olarsa, Britaniya bölgəyə əlavə hərbi texnika göndərəcək.