Bu gün:


ALTI AYDIR KOMADA OLAN QAZİMİZ ŞEHİD OLDU

Tarix: 19.04.2021 / 11:11  •   Oxundu: 70 dəfə  •  

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalan hərbi qulluqçusu Nurlan Əbilov şəhid olub.
İDEAL Media.az xəbər verir ki, bu barədə Masallı Rayon icra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonun Ağakişibəyli kəndindən olan 1994-cü il təvəllüdlü N.Əbilov bu gün səhər saatlarında şəhidlik zirvəsinə ucalıb.
O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.