Bu gün:


BƏŞİR ABŞ-Da POLİS RƏİSİNİN MÜAVİNİ TƏYİN EDİLƏN İLK MÜSƏLMAN OLDU...

Tarix: 20.04.2021 / 09:45  •   Oxundu: 113 dəfə  •  

ABŞ tarixində ilk dəfə  müsəlman  böyük bir şəhər polisinin rəis müavini təyin olunub. 
 
İDEAL Media.az xəbər verir ki, yerli “ABC13” kanalının yaydığı məlumatda belə deyilir. 
Pakistan kökənli polis məmuru Yasar Bəşir Texasın ən böyük şəhəri olan Hyustonun  polis rəisinin müavini seçilib. Bəşirin təyinatı şəhər polisinin başçısı Troy Finner tərəfindən elan edilib. 
 
Bəşir əvvəllər məişət zorakılığı departamentinə rəhbərlik edib. Müsəlman bir polisin müvəffəqiyyəti Pakistanın ABŞ-dakı səfirliyi tərəfindən də təqdir edilib.  Səfirlik “Tvitter” səhifəsində Bəşirin ölkə tarixində belə bir mövqeyə yüksələn ilk müsəlman olduğunu yazıb.