Bu gün:


SUDAN İSRAİLİ BOYKOT EDƏN 60 İLLİK QANUNU LƏĞV ETDİ

Tarix: 20.04.2021 / 10:12  •   Oxundu: 48 dəfə  •  

Sudanın suveren şurası İsraili boykot haqqında qanunu ləğv edib.
İDEAL Media.az xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb.

Qeyd edək ki, İsrailin boykotu haqqında qanun 1958-ci ildə qəbul edilib. Bu qanun Sudan vətəndaşlarına İsraillə hər cür ticarəti, eləcə də İsrail istehsalı olan bütün malların idxalını qadağan edirdi.

Qanunu pozanları 10 illik həbs cəzası və pul cəriməsi gözləyirdi.