Bu gün:


5 AYDIR AXTARILAN ƏSGƏRİN ŞƏHİD XƏBƏRİ GƏLDİ

Tarix: 20.04.2021 / 11:06  •   Oxundu: 101 dəfə  •  

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi müəyyən edilib.

İDEAL Media.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

2 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə itkin düşən Qalası Müslüm oğlu Kərimlinin şəhidlik zirvəsinə ucaldığı məlum olub.
Qeyd edək ki, şəhidimiz 2000-ci ildə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Qalası Müslüm oğlu Kərimli “Cəsur döyüşçü” medalı ilə təltif edilib.