Bu gün:


ÇAVUŞOĞLU BLİNKENLƏ DANIŞDI

Tarix: 24.04.2021 / 09:48  •   Oxundu: 131 dəfə  •  

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
İDEAL Media.az xəbər verir ki, bu barədə Sputnik məlumat yayıb.

Bildirilib ki, tərəflər bundan öncə Türkiyə və ABŞ dövlət rəhbərlərinin telefon danışığı zamanı müzakirə edilən məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bundan öncə Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında telefon danışığı baş tutub.