RUSİYA BAŞ VERƏNLƏRİ LAĞA QOYUR
Tarix: 24.04.2021 / 20:18 •
Oxundu: 102 dəfə •
Rusiyanın Belarusdakı səfirliyi “Twitter”də Litvanın Xarici İşlər naziri Gabrielus Landsbergisin Rusiya diplomatlarının ölkədən çıxarılması ilə bağlı paylaşımına təxribatçı haştaqla cavab verib.
Litva Xarici İşlər Nazirliyi Çexiya ilə həmrəylik nümayiş etdirərək Rusiya səfirliyinin iki əməkdaşını diplomatik statusları ilə uyğun olmayan fəaliyyət göstərdikləri üçün “persona non qrata” elan edib. Qərarın Latviya və Estoniya tərəfdaşları ilə razılaşdırılaraq verildiyi vurğulanır.
Litvanın Xarici İşlər naziri “Twitter”də bununla bağlı paylaşım edib. Rusiyanın Minskdəki səfirliyi buna cavab olaraq izləyicilərindən iki haştaq arasında seçim etmələrini xahiş edib: #smalldipenergy və ya #smalldickenerji.
Sosial şəbəkələrdə bu ifadədən həddindən artıq özünə inananlar istifadə edir.
P.S. Rusiya tərəfi baş verən bu kimi halları lağa qoyur. Ancaq vəziyyət kifayət qədər gərgindir. Rusiyanın qonşuları, keçmiş postsovet ölkələri artıq şimal qonşumuzun təxribatçı hərəkətlərindən, işğalçılıq niyyətlərindən bezib. Odur ki, bəzi ölkələr bir-birinin ardınca Rusiya diplomatlarını öz ölkələrindən qovur. Bütün bunlar Rusiya üçün yaxşı heç nə vəd etmir. Bu gün Rusiyanın Ukrayna, Moldova, Polşa, Litva, Latviya, Estoniya və Cexiya ilə münasibətləri gərgindir. Həmin ölkələrin çoxu Avropa Birliyinin üzvüdür.
Rusiyanın bu ölkələrlə münasibətlərini daha da gərginləşdirib müharibə həddinə çatdırması 3-cü dünya savaşının başlanması deməkdir ki, indiki dövrdə şimal qonşumuz bu riskə getməyəcək. Çünki bu, Rusiya dövlətinin sonu ola bilər. Pandemiyadan sonrakı dünyanın necə olacağı bir az da Rusiyanın hərəkətlərindən asılı olacaqdır. Rusiya bu templə davam edərsə, həm dünyada, həm də bölgədə nüfuzunu itirəcək, zəifləyəcək. Rusiyanın zəifləməsi isə Türkiyənin daha da güclənməsinə səbəb ola bilər. Bu da bizim ölkəmiz üçün ən ideal variantdır.