PERİNÇƏK: ERMƏNİLƏR BƏHANƏDİR,HƏDƏF TÜRKİYƏDİR
Tarix: 25.04.2021 / 10:34 •
Oxundu: 138 dəfə •
Bir müddət öncə erməni lobbisi Azərbaycan cəbhəsindən qaçırdı. Bunlarmı ABŞ Prezidenti Co Baydenə təsir etdi?
İDEAL Media.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Məhməd Perinçək deyib.
O, Türkiyə Xarici İşlər Nazirliyinin Baydenin "erməni soyqırımı" ifadəsi işlətməsi ilə əlaqədar bəyanatının yanlış olduğunu deyib:
"Burada təhdidin haradan gəldiyini təsbit etmədiyimiz təqdirdə, yalanla da, doğru ilə də mübarizə apara bilmərik. Guya qoca ABŞ dövlətini bunlar (ermənilər - red.) qandırıb. Ermənilər hələ özlərini toparlaya bilmirlər. Baxın, Ermənistana, bunlarmı Baydenə təsir edir? Məsələnin erməni lobbisi və sair ilə əlaqəsi yoxdur. Bu məsələ ABŞ-ın Türkiyəyə yönəlik planları ilə bağlıdır.
Burada ən çox çıxarı ABŞ hökuməti əldə edir. Türkiyəni Suriya və İraq üzərindən sıxışdırmaq, PKK-ya qarşı aparılan mübarizəni cinayət faktoru kimi elan etmək istəyirlər. Bu gün Türkiyənin terrorla mübarizəsini soyqırım kimi qələmə verməyi hədəfləyirlər. Türkiyənin də bununla bağlı görəcəyi tədbir bu təhdidə qarşı olmalıdır. İlk növbədə Türkiyə İncirlik hərbi bazasının bağlanmasından tutmuş NATO-nu tərk etmək prosesinə kimi addımlar atmaq məcburiyyətindədir".
Ötən gün ABŞ lideri Co Bayden 1915-ci il hadisələri ilə bağlı "erməni soyqırımı" ifadəsini işlədib. Türkiyə XİN isə bəyanatında Baydenin siyasi dairələri razı salmaq üçün "soyqırım" ifadəsini işlətdiyini bildirib.