VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ İLƏ VİDA MƏRASİMİ KEÇİLİR
Tarix: 26.04.2021 / 10:27 •
Oxundu: 118 dəfə •
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Hüseyn Xəlilovun nəşi xəstəxanadan götürülərək Sabunçu rayonunun Nardaran qəsəbəsindəki evinə aparılıb.
İDEAL Media.az-ın xəbərinə görə, hazırda şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak edirlər.
Mərasim başa çatandan sonra H.Xəlilov Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, H.Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Altı ay komada qalandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!