Bu gün:


AZƏRBAYCAN BU İL AVROPA VƏ YAXIN ŞƏRQ ÖLKƏLƏRİNƏ NAR İXRAC EDƏCƏK

Tarix: 26.04.2021 / 11:09  •   Oxundu: 62 dəfə  •  

Azərbaycan 2021-ci ildə Avropa ölkələri və Yaxın Şərqə nar ixrac etməyi planlaşdırır.
Bunu İDEAL Media.az-a Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

Onun sözlərinə görə, Azərbaycan narının ixrac edildiyi əsas ölkələr Rusiya və Ukraynadır:
"2020-ci ildə həmin bazarlarda məhsulumuzun qiyməti yüksək olub. Azərbaycanda istehsal olunan narın yalnız 10-11 faizi daxili bazarın tələbatın tam təmin olunması şərti ilə ixraca yönəldilir. Amma hələ də keyfiyyətli məhsul çatışmazlığı mövcuddur".

O bildirib ki, 2021-ci ildə Assosiasiyanın əsas məqsədi İxracın Təşviqi və İnvestisyalar Fondunun dəstəyi ilə digər Avropa bazarlarına çıxmaqdır.