Bu gün:


PUTİNDƏN İKİNCİ HƏMLƏ

Tarix: 29.04.2021 / 15:55  •   Oxundu: 100 dəfə  •  

Rusiya Ukrayna sərhədindəki qüvvələrini geri çəksə də, Qara dənizdə vəziyyət gərgin olaraq qalır.

İDEAL Media.az xəbər verir ki, Rusiyanın “Zvezda” televiziyası Qara dənizdə raket testinin görüntülərini yayımlayıb. Böyük dağıdıcı təsirə malik olan mərminin sınaqları üçün bölgədə hava və dəniz sahəsinə giriş qadağan edilib. Məlumata görə, Krım sahilindəki şərti hədəf dəqiqliklə vurulub. Döyüş gəmisindən atılan raket hədəfi vurarkən güclü partlayış səsi eşidilib. Ərazidə zəlzələ effekti yaranıb.

Xarici KİV-lərin məlumatına görə, Putin bu addımıyla Ukrayna sərhədindəki qoşunları qərbin təzyiqi ilə geri çəkmədiyini nümayiş etdirmək istəyir. Üstəlik, Krıma cəlb edilən hərbi qüvvələr hələ də bölgədədir. Ekspertlər hesab edir ki, Rusiya Qara dənizdə nəzarəti əldən verməmək üçün “B planını” tətbiq edir. Bu plan isə tez-tez təlimlərin həyata keçirilməsindən ibarətdir.