Bu gün:


DİN SÜRÜCÜNÜ DÖYƏN GƏNCLƏ BAĞLI MƏLUMAT YAYDI

Tarix: 30.04.2021 / 14:00  •   Oxundu: 107 dəfə  •  

Aprelin 29-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda sərnişinlə sürücü arasında baş vermiş insidentin görüntüləri sosial şəbəkələrdə yayımlanmışdı.

İDEAL Media.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov deyib.

Z.Hüseynov bildirib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxsin 17 yaşlı Orxan Abbasov olması müəyyən edilib və o, İdarəyə dəvət olunub. O, törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.

“Polis əməkdaşları tərəfindən O.Abbasovla profilaktiki söhbətlər aparılıb və o, xəbərdarlıq edilərək sərbəst buraxılıb”, - DİN əməkdaşı vurğulayıb.