NAZİM İDEAL: Direktivlərin yolunu gözləyən qanunlar...
Tarix: 03.03.2021 / 14:59 •
Oxundu: 838 dəfə •
Bu gün saat 10:00-dan,13:00-dək Bakı Şəhəri,Nəsimi rayon Polis İdarəsinin rəisi,Polis Polkovniki,Mirnemət Mirbabayevin dəvətilə idarədə oldum.
Dəvət edilməyimdə əsas məqsəd 20 Noyabr 2020-ci yıl tarixdən ofisdən oğurlanmış əşyalarımın qaytarılması amacıyla,oğurluq etmiş
"müəllimə xanım"dan "dobro alınması düşüncəsi idi...
Hüquqdan heç bir anlayışı olmayan,lakin şüurlu həyat yaşayan istənilən şəxs aşağıda qeyd edəcəyim faktlara nəzər yetirsə,məqsəd və məram bəlli olacaq!
-20 Noyabr 2020-ci yıl tarixdə, İDEAL redaksiyasında şalışan əməkdaşlar telefon açıb bildirdilər ki, ofisin qapısının kilidi sındırılıb və dəyişdirilib!
-Dərhal 102 çağrı xidmətinə xəbər edildi və aidiyyatı üzrə Nəsimi rayon 22-ci polis bölməsinin əməkdaşları gəlib,faktı yerindəcə təsbit və təsdiq etdilər...
-22 Noyabr 2020-ci yıl tarixdə,oğurçunun kimliyi bəlli oldu və bununla bağlı Prezident İlham Əliyevdən başlamış, ərazinin sahə müvəkkili polis baş leytenantı Ramiz Aslanova kimi müraciət etdim !
-Faktın araşdırılması Nəsimi rayon 22-ci Polis bölməsinin təhqiqatçısı polis mayoru Nadir Rza-zadəyə həvalə edilmişdir.
-Təhqiqatçı Mənim və qanunların haqlı olduğunu hər görüşümüzdə təsdiq etsə də, direktivlərin zərurət olduğunu,yəni qaydaların qanunlar üzərində hegemon olduğunu açıq tekstlə ifadə edirdi.
-Həyatım boyu hüquqi-demokratik ölkənin Vətəndaşı olmaq amacıyla mübarizə aparan bir Şəxs olaraq,ənənəvi zorlanmaya məruz qalan Femidanı müdafiəsiz qoya bilməzdim.
-Bu səbəblərdən də direktivlərin yolunu gözləyən təhqiqatçı oğrunun etiraflarına baxmayaraq,ona haqq qazandıraraq xeyrinə qərar qəbul etmişdir.
-Təhqiqatçının qərarından Nəsimi Prokurorluğuna etdiyim şikayətdə nəticəsiz qalmaqdadır....
Daxili İşlər Naziri Cənab Vilayət Eyvazovun şəxsi nəzarətindən sonra,Bakı Baş Polis İdarəsinin Rəhbərliyi Məni qəbul edərkən çox məmnun qaldım və buna peşimanda deyiləm.
NİYƏ?
Çün ki, BBPİ-nin iradəsinin əleyhinə olaraq burada rəy-reputasiya formalaşdırmağa çalışan Polis zabitinin hərəkətlərinə bilavasitə şahidlik etdim:
DİQQƏT:::
Hörmətli,Nəsimi Polis İdarəsinin rəisi,Polis Polkovniki cənab Mirnemət Mirbabayev Məni qəbul edərkən,kabinetdə eyni zamanda,təhqiqat şöbəsinin rəisi Orxan müəllim və özünü rəisin köməkçisi qismində təqdim edən Kənan Nəbiyev var idi.
"Autentik çıxışa" başlayan Kənan Nəbiyev rəisə kökündən yanlış məlumat çatdırarkən,guya ki,oğurlanmış əşyaların bir hissəsini çəkilişlə ötən gün qaytarıldığını bildirərkən, hər şey aydın oldu,
VƏ rəisin diqqətinə çatdırdım ki, "oğurçunun sahə müvəkkili Ramiz Aslanova,mən heç nə götürməmişəm, deyimindən sonra birinci dəfəsində İDEAL və EXPROMT qəzetlərinin möhürünü,bir boş papka,ikinci dəfə isə bir ədəd idman forması və dubliyonka göndərmişdi."
Deməli, oğurlanmış əşyaların üzə çıxıb qaytarılması üçün,hər gün sahə müvəkkili oğurçunun hüzuruna getməli və oğurlanmış əşyalar artan xətt üzrə,oğurçunum zövqünə uyğun formada geri qaytarılmalıdır!?
Mən heç nə götürməmişəm deyən oğurçu bəs günbə-gün oğurladığını bir-bir üzə çıxarıb qaytarırsa,Polis nə etməli olduğunu bilmir?
Başqasına məxsus bu və ya digər şahidli-sübutlu əşyaların sahibinə qaytarılması üçün,hansı orqan məsuliyyət daşıyır?
Saxta etibarnamə vasitəsilə özgəsinin əmlaklarına sahiblənən şəxsin bu əməlinə hansı orqan hüquqi qiymət verməlidir?!
Faktı polis-prokuror niyə gizlədir?
Axı buna qiymət vermək onların səlahiyyətindədir.
Azərbaycan Respublikasının qanunlar toplusu kim(lər) üçün yazılıb?
Mən bir daha Daxili İşlər Naziri,cənab Vilayət Eyvazova;
Baş Prokuror,cənab Kamran Əliyevə müraciət edirəm,oğurçuya vəkillik edən,rəhbər şəxslərə aşkar surətdə yanlış informasiya ötürən polis mayoru,Kənan Nəbiyevin deyil, Milli və Beynəlxalq hüququn norma və prinsiplərini,sübuta ehtiyacı olmayan,aşkar faktın mötəbərliyini nəzərə alıb tədbir görməyinizi Qarabağ Qazisi olaraq tərciyə edirəm!
Qanunların heç bir müddəasında kimisinə imtiyaz,kimisinə cəza verilməsi kimi hal mövcud deyil.
Deformasiyaya uğradılmış İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarım bərqərar olunanədək mübarizəm davam edəcək !
Oğurlanan əmlaklar, rezüme:
1) 4 ədəd yeni notebook kompyuterləri – HP, Lenova, LG, Samsung.
2) 2 ədəd Epson və Canon markalı printerlər.
3) Skaner.
4) Fotoaparat (Canon).
5) Möhürlər (İdeal, İdeal xəbər, İdeal Baku, İdeal Azərbaycan, Gündəm, Teleskop, Expromt).
6) 15000 (on beş min) manat pul.
7) Şəxsi 20 ədəd yazılı kitab bloknot.
8) Nərd (jurnalnı).
9) Məktublar.
10) Məhkəmə qərarları.
11) Mənə və əməkdaşlara məxsus geyim və digər şəxsi əşyalar.
Ardı var...