İRANDA KİMYƏVİ ZAVODDA PARTLAYIŞ
Tarix: 02.05.2021 / 12:44 •
Oxundu: 123 dəfə •
İranın Qum şəhərindəki “Moldan” kimyəvi zavodunda partlayış baş verib.
İDEAL Media.az xəbər verir ki, bu barədə əyalətin yanğınsöndürmə xidmətinin rəsmisi Həmid Kureymi deyib.
Partlayışdan sonra zavodda bir neçə yerdə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə xidmətinin 150 əməkdaşı və 20 maşını göndərilib. Zavodun işçi heyəti təxliyə olunub.
Kureyminin sözlərinə görə, yanğın nəticəsində iki nəfər yanğınsöndürən xəsarət alıb, iki maşına isə ciddi ziyan dəyib.
“Yanğın söndürüldü, onun başqa anbarlara yayılmasının qarşısını aldıq, yoxsa daha böyük yanğın baş verə bilərdi”, - Kureymi bildirib.