Bu gün:


İMRAN XANDAN: İƏT ÖLKƏLƏRİNƏ ÇAĞIRIŞ

Tarix: 04.05.2021 / 14:50  •   Oxundu: 143 dəfə  •  

İslam Əməkdaşlıq Təşkilatını (İƏT) islamofobiya ilə qətiyyətlə mübarizə aparmağa çağırıram.
İDEAL Media.az xəbər verir ki, bunu Pakistan Baş naziri İmran Xan İƏT üzvü ölkələrin səfirləri ilə görüşdə deyib.

O bildirib ki, Məhəmməd peyğəmbərə qarşı qeyri-etik ifadələr 1,5 milyard müsəlmanı yaralayır:
“Çox təəssüf ki, İƏT bunun ifadə azadlığı olmadığını Qərb ölkələrinə inandıra bilmir”.

İmran Xan qeyd edib ki, nə zaman terror hadisəsi baş versə, Qərb ölkələri bütün islam dünyasını ləkələməyə başlayır:
“İslam dini və müsəlmanlar hər hansı şəxs tərəfindən törədilən terror aktlarını şiddətlə qınayır. İslamı terrorla əlaqələndirmək haqsızlıqdır”.