Bu gün:


OĞURLADIĞINIZI QAYTARIN CƏNAB SATICILAR...

Tarix: 05.05.2021 / 17:16  •   Oxundu: 430 dəfə  •  

Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar nazirliyi adlı qurum abreviaturalardan başqa heç nəyi ifadə etmədiyi bu gün İDEAL Redaksiyasına “ultel” MMC-nin baş direktoru Rizvan Səfərovun cavab məktubunda bir daha sübut olundu.

İDEAL Partiyasının Başqanı Nazim Quliyevə və Nazir müavini Elmir Vəlizadəyə ünvanladığı YALAN  (“cavab”) məktubunda Səfərov Rizvan bildirir ki, İDEAL Redaksiyasına məxsus olmuş 490-15-15 və 490-16-16 saylı nömrələr “ultel” adlı mmc-yə məxsusmuş???

Eyni zamanda Rizvan Səfərov gözəgəlimli nömrələri 300 manata satdığını açıq tekstlə ifadə edib bazar təfəkkürlü birisi olduğunu etiraf etmişdir.

De-fakto,de-yure problemə hüquqi aspektdən yanaşsaq,daha doğrusu Rabitə naziri postuna kosmos surətilə transfer olunan Rəşad Nəbiyevin atası Nəbi Nəbiyev,Qayınatası Tofiq Hüseynov 1999-2000-ci ildə İDEAL qəzeti məhkəməyə verəndə rekvizitlər sseriyasında məhz 490-15-15 və 490-16-16 telefon nömrələri qeyd edilmişdir.

Əlbətdə ki,hansısada Rizvana görə bəri  başdan Nəbi Nəbiyevin,Tofiq Hüseynovun Məhkəməyə NİYƏ? getdikləri,Məhkəmədə qarşılaşdıqları analoqsuz rüsvayçılıqlardan,qazandıqları tarixi və hüquqi ayamalardan bəhs etmək fikrində deyilik!?

Amma,ancaq,lakin bu gözləniləndir.

Namus-Qanun-Qadın-Nömrə alverçiləri BİZİM müqaviləmizi gizlədib yeyə bilərlər,haqqımızı isə əsla...

Oğurladığınızı qaytarın, BİZ gözləyirik.


P.S. Faktla bağlı nazirliklə əlaqə saxlayıb,rabitəsiz xidmətdə baş verənlərə münasibət öyrənmək istədik.Mətbuata cavab verməyə təxminən 30 dəqiqə adam axtardıqdan sonra,ortaya özünü Pərvanə Əliyeva kimi təqdim edən şəxsin dodaqlarından qopanlar:"Siz nəyə görə Rəşad Nəbiyevə müraciət edirsiz.Ultel-in Rabitə nazirliyi ilə heç bir əlaqəsi yoxdur.Mətbuat xidmətinin rəhbəri kimdir  sualına cavab olaraq bildirdi ki, bizdə belə bir xidmət artıq yoxdur.
P.P.Burası nə qazın,nə ördəyin,nədə ki,hansısa başı boş alçalaraq "yüksələn" korrupsionerin şəxsi pritonu deyil.DÖVLƏT TƏSİSATIDIR...
 
Rüfət Kamil