Bu gün:


ARİF QULİYEVİN DƏFN OLUNACAĞI YER AÇIQLANDI

Tarix: 07.05.2021 / 12:02  •   Oxundu: 127 dəfə  •  

Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın xalq artisti Arif Quliyevin nəşi ailəsinə təhvil verilib.
İDEAL Media.az xəbər verir ki, mərhumun cənazəsi yaşadığı evə gətirilib.

Hazırda evin həyətində A.Quliyevlə vida mərasimi keçirilir.
Onun cənazəsi bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.