Bu gün:


MİLLƏT VƏKİLİ SƏDR SEÇİLDİ

Tarix: 09.05.2021 / 18:46  •   Oxundu: 121 dəfə  •  

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin konfransı keçirilib.
 
İDEAL Media.az xəbər verir ki, konfransın gündəliyi qəbul olunduqdan sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın hesabatı dinlənilib. 
 
Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilib.
 
İdarə Heyətinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərov çıxış edərək Həmzəyeva Ülviyyə Tapdıq qızının Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vəzifəsinə namizədliyini irəli sürüblər. Təklif səsə qoyularaq qəbul olunub, Ülviyyə Həmzəyeva yenidən Rəssamlar Birliyinin sədri seçilib.
 
Qeyd edək ki, Ülviyyə Həmzəyeva Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.