Bu gün:


ŞİDDƏTLİ BOMBARDMAN YAŞANIR

Tarix: 11.05.2021 / 18:09  •   Oxundu: 158 dəfə  •  

Həmas təşkilatının İsrailə atdığı raketlərdən bəziləri “Dəmir qübbə” müdafiə sistemlərini aşaraq Aşdod və Aşkelon şəhərlərinə düşüb.

Anadolu agentliyinə istinadən xəbər verir ki, “Qassam Tuğayları” 5 dəqiqə ərzində İsrail istiqamətində 137 mərmi atıb. Fəsadlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Əl-Əqsa məscidində yaşanan gərginlik toqquşmalara çevrilib. Qəzzadan İsrailə atılan raket zərbələrinə Təl-Əviv cavab verib. İsrail qırıcılarının Qəzza zolağını bombalaması nəticəsində 26 dinc insan həlak olub.