Bu gün:


PAŞİNYANIN TƏYYARƏSİ QANUNSUZ OLARAQ RUSİYADAN HƏRBİ YÜK DAŞIYIB

Tarix: 11.05.2021 / 18:42  •   Oxundu: 89 dəfə  •  

Ermənistan rəhbərliyi növbəti dəfə beynəlxalq hüquqi normaları pozaraq öz həqiqi simasını göstərdi.

Caliberin.az-ın əldə etdiyi məlumata əsasən, bu il may ayının 5-də rəsmi İrəvan zirehli gödəkçələrin Rusiyadan Ermənistana gətirilməsini həyata keçirib. Üstəlik, bunu Gürcüstanın hava məkanından istifadə edərək “Bort № 1”in vasitəsi ilə həyata keçirib.

Xatırladaq ki, Gürcüstan Ermənistan Respublikası Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş zirehli gödəkçələrinin öz ərazisindən keçirməsinə imtina etmişdi.