Bu gün:


ABŞ, FRANSA VƏ YAPONİYA BİRGƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIB

Tarix: 11.05.2021 / 18:44  •   Oxundu: 75 dəfə  •  

ABŞ, Fransa və Yaponiya ordusunun elit bölmələri ilk dəfə olaraq şəhər şəraitində döyüş əməliyyatlarının aparılması üzrə birgə təlimlərə başlayıb.

Yaponiya Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər Yaponiyanın cənub-qərbindəki Küsü adasındakı poliqonda baş tutacaq.

Təlimdə təxminən 220 xüsusi təyinatlı hərbçi iştirak edəcək. Bu məqsədlə hərbi poliqon xüsusi olaraq hazırlanıb.
Hərbi təlimlərə may ayının 17-də yekun vurulacaq.