Bu gün:


Moskvada mühafizəçi uşağa atəş açdı

Tarix: 15.05.2021 / 15:07  •   Oxundu: 67 dəfə  •  

Rusiyanın paytaxtı Moskvada mağaza gözətçisi 10 yaşlı uşağa atəş açıb.
Moskva prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.

İlkin məlumata görə, paytaxtın cənub-qərbində 10 yaşlı uşaq saat 23 radələrində bir mağazanın yaxınlığında skuter sürürmüş. Bu zaman mağazanın 21 yaşlı mühafizəçisi uşağa atəş açıb. Əlindən xəsarət alan azyaşlı qaçaraq hadisə yerindən uzaqlaşıb.