Bu gün:


NAZİM QULİYEV: Repressiyalar və Şərəfli keçmiş

Tarix: 22.05.2021 / 10:53  •   Oxundu: 276 dəfə  •  

2005-ci il, 19 fevral....2 Saylı  Cəzaçəkmə müəssisəsi....

Ramiz Tağıyev, İbrahim İbrahimli,İqbal Ağazadə,Kənan Hacıəkbəroğlu,Şövqü Vaqifoğlu.....!?

Bu zona 29 dekabr 2004-cü ildə Bayıl 1 Saylı Təcridxanadan göndərilmişdim.

1 Saylı C.Ç.M-dən isə 6 Saylı C.Ç.M-dən sürgün edilmişdim.

Rezüme: Ramiz Mehdiyev,Əli Həsənov,Nazim İbrahimov,Yaqub Əliyev,Zakir Qaralov və.sairlərin heç kim olduqlarını gündəlik nəşr olunan qurucusu olduğum Qəzetlərdə de-şifre etdiyimə görə mövcud rejimin və "müxalifət"in anası Ramiz Mehdiyev arsenalındakı-"Azərbaycan" adını daşıyan,can alverçisi-neondertal baş direktor Ağarəhim Əliyevin işçiləri Ella Xaçaturyan,Zara Balayan və Ata Abdullayevin anası Şeyla Yusifovnalardan ibarət "zərərçəkmiş" kolleksiyası düzənlənib Məni susdurmağa hesablanmış dövlət adından  "dövlət siyasəti" formalaşdırmağa hesablanmış  hücum taktikası hazırlanmışdı.

Nə isə...

Vəkilim Nağıyeva Şəfiqə Abdulqədir qızı olsada qılçası sındı....!?

6 ay BİT-in 4-42 kamerasında saxlanıldıqdan sonra, Bakı Apellyasiya Məhkəməsi (hakim-Ələkbər Quliyevin Sədrliyi) bəraətverici əsaslarla açburax oldum.

Hüquqlarımın Müdafiə Komitəsinin sədri Oqtay Güləliyev idi....

01 Noyabrda azadlıq haqqım tanınsada Baş Prokurorun müavini,hazırda ƏN-in müavini postunda Notariat və Qeydiyyat İdarəsində korporativ maraqlarına xidmət edən Eldar Nuriyevin imzası ilə Ələkbər Quliyevin çıxarmış olduğu ədalətli Qərarından verilmiş Protest Ali Məhkəmə tərəfindən  təmin edildikdən sonra,Südabə Həsənovanın simsarı,hazırda da Şuşa Məhkəməsində rüşvət yığan Allahverən Həsənov adlı haykimi BİT-də qaldığım 06 ayı çıxdıqdan sonra,4 il 6 ay qondarma cəza ilə Məni 6-ya göndərdilər.

Rəis hazırda Həmkarlar Konfederasiyasının hüquq şöbəsində "əziyyət çəkən" Telman Hacıyev idi.

İlk gündən başımdakı Papağa görə mübahisəmiz düşdü və onun sözünə məhəl qoymadığıma görə,Mənimlə gələnlərin hər birindən 200 manat alıb zona buraxsada Məni 15 gün karantində saxladı.

15 gündən sonra zona çıxdım.Zonda "vəziyyət" var idi..

Cinayətə və Cinayətkarlara həmişə nifrət etsəmdə,zona daxil olduğum günü Lotu Hikmətin adından "iminnovoy" kupe verildi.

Barakda Məndən başqa 20 nəfər qaldığından mənzərə xoş deyildi.

Buna görədə 2000-ci ildən boş qalmış 3-cü mərtəbədə Lotu Qulinin təmir etdirdiyi və kilidi dəyişilmiş otağın kilidlərini gecə sındırıb otağa daxil oldum.

Sabahısı günü rəis Telman Hacıyev,Əməliyyat şöbəsinin rəisi Çərkəz Babayev və hazırda Şamaxı Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov hadisə yerinə yollanıb ümumi mənzərəni gördükdən sonra, hər şey yaxşılığa doğru cərayan etməyə başladı.

Görünəni bu idiki həm Çərkəz Babayev,həmdə Etibar Hümbətov etdiyim hərəkətdən məmnun idilər.

Yəni ki,4 il  bağlı qalmış Oğrunun qapısını sındırmaq sindiromu hər iki şəxsə xoş idi.

Hər ikisinin Xatiri Mənə çox əzizdir və bu əbədidir....

Özümü əsla həbsxanada hiss etmirdim.İstədiyim çox şey həllini mübahisəsiz tapırdı.

Zonda 4 yerdə  "iminnovoy kupe", 2 ful təmir otaq:biri bağda biri yaşayış zonasında.

Onu deyim ki, bütün bunlar üçün bir manat belə xərcim çıxmamışdı...

Bağdakı otaqda dincəlirdim və təxmini saat 14:00 olardı.

Rəisin povoru "xallı" gəlib dedi ki,Rəis Sizinlə görüşmək istəyir.

Gəldim rəisin kabinetinə.İki nəfər qarınlı adam oturmuşdu.

Telman Hacıyev təqdim etdi:
Tehran müəllim-Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Rəisi.

Yadigar Quliyev-Binəqədi Rayon İstintaq şöbəsinin Rəisi....

Səninlə söhbət etmək istəyirlər.Gəldik "zampolit" Uyandur Fərhadovun kabinetinə.

Uyandur həm "seyid", həm sınıqçı,həm də mutilşik idi...

Yadigar Quliyevlə Uyandurun kabinetinə gəldik.

Əhliman Məmmədov ("dnivalnı") çay gətirdi.

Mənə çay süzüb,çayniki qoyub çıxarkən, müstəntiq tonla başa düşmədim...

Əhliman: Nəyi?
Bu nədir ona çay süzürsən,mənəsə...

İşarə etdim ki,əhliman çıxsın....
Və çalışdım ki,bu adama nə isə başa salam....

Amma...

Əvvəli çay qəzəbilə başlanan söhbətimiz əsnasında,müstəntiq mütləq mənada Məni bir neçə "cinayət" törətməkdə" ittiham etdi....

Birincisi, müğənni Rahidə Baxışovanın xahişilə işə düzəltdiyim Sevil adlı dayısı arvadını Biləcəri Bələdiyyəsinin Sədri Bahyəddin Soltanovdan pul tələb etmək üçün göndərmişəm...!?

İkincisi, Bahyəddin Soltanova Şəxsən zəng vurub 200.000 ABŞ dolları verməsə qızını oğurlatdıracağımla bağlı rəsmi şikayət...?!

Sovet Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın kürəkəni Yadigar Quliyevə gözünün bəbəyinə kimi yalan danışdığını desəmdə,"Şahidlərim var" dedi...

Doğrusu o vaxtlar azda olsa dövlətə-qanunun varlığına inanırdım.

Buna görədə arxayın danışırdım...

Dedim ki,sübut elə...

daxili telefonun dəstəyini qaldırıb dedi ki, onu gətirin...

Otağa saçları dağınıq,sanki yuxusuz qalmış 35-40 yaşlı Xanım daxil oldu və müstəntiq soruşdu ki, tanıdın???

-Yox cavabını verdim...

-Xanımdan soruşdu ki,tanıdın?

-Yox,cavabını verdi....

-Müstəntiq uca səslə,az tanımadın, səni Bahyəddinin yanına göndərəni, telefonda başqa sənə nə dedi???

-Mən ilk dəfədir ki,Nazim müəllimin səsini eşidirəm və üzünü görürəm...

-Az bəs yazdığın izahatı,sənin harana s....

-Bildirdim ki,Xanımla düzgün rəftar edin...

-Müstəntiq: Ə,Sən sus....və yenidən əsəbi tonla,az sən öl sənidə,o uşaqlarınıda məhv edəcəm....

Mənə verdiyin sözünü təkrarlamasan səni...

-Xanım:Siz axşam Mənə dediniz ki,Nazim Quliyevin üzünə durmasan uşaqlarını gətirib dolduracam dama,ona görə də qorxumdan sizin dediklərinizi yazdım.Həqiqətdə isə belə şeylər olmayıb.

-Müstəntiq: az.....................................

Müstəntiqi təcili xəstəxanaya,Mənisə karsa və 20 dəqiqə tam olmamış Bayıla apardılar.

Sabahısı günü Binəqədi Polisinə gətirildim.

Bahyəddin və yanında daha bir nəfər Almaz adlı xoşqeyrətin yalanları de-şifre olunsada,müstəntiqin arvadının PA-nın qarşısından gələn benzin butulkasının iyi ruhumu qaraltsada sonunda meyar ölçülərini verib işə xitam verdirdim....

Yenidən 6 Saylı C.Ç.M-nə qayıtmağı gözlərkən,bölgüyə baxan Emin Həsənov bildirdi ki,12 nəfər məhkumdan ərizə alıblar ki, onlarla düşmənimişsən...!?

Nə isə...,

"Yaxşı oğlanların" ərizələrilə şəxsən tanış oldum və Məni 2 Saylı C.Ç.M-ə gətirdilər.

İstənilən zonun spesifikasını karantindən,karsdan bilmək mümkündür...

Başqa zonlarda olduğu kimi bu məkanda da Məni adını yaxşı qoymuş yarımçıqlar tanıyır və "yolumu" gətirirdilər.

Yenədə karantinə Mənimlə təşrif buyurmuş 15 nəfər narkobaronun hər birini yükləyib zona buraxsalarda, 14 günlük karantin müddətini bitirib zona çıxdım...

Böyük bədbəxtçilikdən şustryakın blinçikini sayan, alçaq və alçaq donuz təbiətli və xislətli Mahir Əliyevin emissarı İqbal Ağazadəylə eyni barakda qalmağa məhkum oldum.

Eyni zamanda 2003-cü ildə müxalifətin qəhrəman kimi xalqa sırımaq istədiyi bir çoxları ilə kaşki heç eyni zonda olub,onları yaxından tanımayaydım...

Nə isə...

Ramiz Tağıyev, Şövqü Vaqifoğlu yadımda yaxşı qalıb...

Rəis Mahir Əliyevə orta məktəbdə oxuya bilmədiyi bütün fənlərdən yetərincə dərs keçməyə vaxtım olmuşdu...

19 fevral 2005-ci il.Axşam saat 3:00
Upor səslər barakı yatağından oyatdı...

"Voyska" barədə eşitsəmdə,görməmişdim.

Baxdım ki,barakda hər kəs üst-üstə şalvar geyinir.

Soruşdum ki, niyə belə edirsiz?

Bildirdilər ki,indi bütün zonu bayıra tökəcəklər və hamını sındıracaqlar...

-Necə?, nə cür?, kim-kimi sındıracaqmış???

Bildirdilər ki, adətən zona voyska girəndə "naruşutelləri-krltnikləri-bratvaları", zonda olan yaxşı oğlanları götürür və.s...

Sözün doğrusu zonda yaxşı İnsanları,məhkumların yeməyini basıb yeyən kişkamon bratvaları, iş verən "yaxçı oğlaqları" tanıyırdım ....

Amma...

Maskalılar korpusa itli-kameralı-vinçestrli daxil oldu....

Özünü buraxmış "yaxçı oğlaqlara" ürək-dirək verirkən, bizim baraka daxil olan silahlı-dəbilqəli-itli-silahlı-kameralılar uca səslə:Nazim Quliyev kimdir?

Mənəm deyib qapıya yaxınlaşdım.Məni karsa apardılar.

Məndən başqa karsda olanlar cərimə olunanlar idi.

Çox keçmədi kars doldu.

Ardınca karsdan istehsalat sahəsinə kimi uzanan 200 metrlik kolidoru dubinkayla qarşılamaq alın yazısıydı....
Yolun başında Səni "komutanlar" qarşılayır və kodlar üzrə davranılır....

Tələb çox çətin idi.

Özünü və Lotunu təhqir etməlisən...
Yada ki, ölümü göz altına almalısan...

Autentik rəsmi qarşılanma mərasimi üzərimdə fokslaşdığından 105 dəqiqəlik döyüş yolunda Qarabağ Qazisi,Müzəffər Türk Ordusu ermənizm üzərində qələbə çaldı.

Lakin,amma,ancaq...

Ümumilikdə zondan götürülmüş Mən,Sumqayıt Tofiq (kar),Nərimandan (Balakən) başqa 18 nəfərin hamısı başda "polejenist" Qalib Şəkili və onun "bratvaları" nəinki tələb olunan,tələb olunmayan təhqirlərin bütün çeşidlərini bülbül kimi cəh-cəh vurmaqları hər kəsin "şəxsi iş" materiallarının bəzəyidir və onu bir kimsə inkar edə,silə bilməz!

Hamımız o dünyaya gedənlər kimi lüt-üryan idik.

Boksda 5 dəqiqə keçmədi ki,Rəis Dəmir Bayramov içəri daxil oldu və Məni boksdan çıxarıb Qulinin göndərdiyi idman formasını verdiki geyinim.
Geyinəcəyimi desəmdə gətirib soyuqdan titrəyənlərdən ikisinə verdim.

Mənzərəni görən Rəis və müavini Ağaməmməd əsəbi şəkildə: onlara düşmür,onlar g... olduqlarını öz dillərilə etiraf etmiş ....dir.

Baş verənləri 5-ci korpusda saxlanılan Quliyə gedib kurs qoyarkən: "Qaqaş necə istəyir,elədə olsun".

Baxdım bu dəfə başqa rəngdə idman dəsti gətirdilər və Mənim uşaqların yanına qayıtmağımı əngəllədilər...!

Artıq xəbər yayılmışdı ki, silahla öldürülmüşəm....

Fransa,Almaniya Səfirliyinin nümayəndələri axtarışıma çıxmışdılar.

Əvvəlcə 2 Saylıya gedib "müxalifətçilər"dən soruşmuşlar.

Ağazadə İqbal rəisin təlimatına uyğun olaraq məruzə etmişdir ki, Nazim Quliyevin özü varanoka minib tərk etmişdir.
Elə bilki,varanok sərnişin avtobusudur...

Lakin, əqidəli kişilər həqiqəti söyləmişlər.

Penitensiar Xidmətin Rəisi Nazim Ələkbərov Mənimlə MM-də görüşüb,azadlıqdan başqa ürəyim nə istəyir etməyə hazır olduğunu bildirdi.

Sözsüz ki, UCA ALLAHIN  köməkliyilə istədiklərimi hansısa xəbis fraksiya vaxtını müvəqqəti uzada bilər.Ancaq baş tutmaması mümkün deyil.

Nazim Ələkbərovdan yenidən 6-ya qayıtmaq istədiyimi dedim və dərhalda həll etdi.

17 Oktyabr 2005-ci ildə məhkəmə qərarı olmadan girovluqdan azad edildim.