Bu gün:


Bu razılaşma ilə Ermənistan Qarabağdan tam çıxacaq

Tarix: 22.05.2021 / 19:29  •   Oxundu: 125 dəfə  •  

Paşinyanın Azərbaycanla imzalayacağı sənədin bir neçə fəlakətli nəticəsi olacaq.
İDEAL Media.az xəbər verir ki, bunu əslən erməni olan rusiyalı ekspert Sergey Melkonyan deyib.

“Birincisi, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Ermənistan Qarabağı tam itirəcək. İkincisi, anklavları almaqla Azərbaycan Ermənistanın strateji nəqliyyat marşrutları üzərində nəzarəti əlinə alacaq. Üçüncüsü, kommunikasiyaların açılması əslində dəhlizin açılmasını nəzərdə tutur ki, bu da Zəngəzur və Geqarkunikdən erməni əhalisinin axınına səbəb olacaq. Sərhədlərin dəyişməsi halında erməni tərəfi yerdəki strateji təşəbbüsü itirəcək. Növbəti eskalasiya halında Azərbaycanın mövqeləri daha əlverişli olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, bu açıqlamadan da Azərbaycanın haqqı olanları almaq istədiyi görünür. Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalda saxlanılan 8 kəndin qaytarılması mütləqdir.

Ermənistanın “mövqe itirəcək” deyə, işğaldan əl çəkməməsinə çağırış isə faktiki olaraq yeni gərginlik deməkdir.