Bu gün:


Türkiyədən Azərbaycana mexaniki minatəmizlənmə avadanlığı göndərildi

Tarix: 26.05.2021 / 15:39  •   Oxundu: 82 dəfə  •  

Milli Müdafiə Nazirliyi Hərbi Fabrik və Gəmiqayırma Zavodu (ASFAT) tərəfindən istehsal olunan 5 mexaniki minatəmizlənmə avadanlığının (MEMATT) Azərbaycana göndərildiyini açıqlayıb.

İDEAL Media.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” hesabında bildirilir.

“ASFAT tərəfindən istehsal olunan 5 MEMATT qardaş ölkə Azərbaycana təhvil verildi. MEMATT-lardən istifadə edəcək və təhsili başa vuran Azərbaycan hərbi qulluqçularına da istifadəçi sertifikatları təqdim edilib”.

Qeyd olunur ki, mətbuat nümayəndələrinin də qatıldığı təslimetmə mərasimində 5 MEMATT personal və tank əleyhinə minaları müvəffəqiyyətlə zərərsizləşdirib.

“MEMATT-lar can Azərbaycana xeyirli olsun”, - deyə bildirilir.