Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Tarix: 26.05.2021 / 18:39 •
Oxundu: 124 dəfə •
Azərbaycanda xüsusi karantin rejimi 1 avqusta qədər uzadıldı.
İyulun 1-dən Azərbaycanda iş yerlərində COVID-19 pasportu tələb olunacaq.
İyun ayı ərzində həftəsonları ictimai nəqliyyat işləməyəcək.
Məscidlərə insanların sayı 50 nəfərdən çox olmamaqla icazə verilir.
10 iyundan etibarən hovuzlardan istifadəyə icazə verildi.
İyunun 1-dən Azərbaycan daxilində hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.Mollarda əyləncə mərkəzlərinin fəaliyyətinə icazə verilməyəcək.
Hovuzlar və zallar 10 iyundan açılacaq. Burada maskadan istifadə vacib deyil.
Mayın 31-i saat 06.00-dan etibarən ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.
