Rusiyanın ən zəngin varisi azərbaycanlı seçildi
Tarix: 27.05.2021 / 15:24 •
Oxundu: 152 dəfə •
Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycan əsilli sahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov 2021-ci ildə Rusiyanın ən zəngin varisi elan olunub.
Bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Bildirilib ki, 24,9 milyard sərvəti olan Vahid Ələkbərovun bütün mirası yeganə oğluna çatacaq. Rusiyanın ən zəngin 3-cü şəxsi olan Ələkbərov özündən sonra bütün səhmlərinin oğluna çatacağını amma “Lukoyl” şirkətinin idarə edilməsi funksiyalarını itirəcəyini əlavə edib.
2018-ci ilin oktyabrında Yusif Ələkbərov “Lukoyl”u tərk edərək şəxsi biznesinə başlayıb. O, alkoqolsuz içkilər istehsal edən “Plan B” şirkətinin sahibidir. Bundan başqa, atası ilə şərikli Lukavto ASC-yə, EKTO şirkətinin sahibi kimi həm də Sibirdə yerləşən neft kəmərinin 69% səhmlərini alıb. Yusif Ələkbərovun həyat yoldaşı Alisa isə daşınmaz əmlak biznesi ilə məşğul olan Yusal ASC-nin sahibidir.
Rusiyanın ən varlı 2-ci varisi isə milyarder Leonid Mixelsonun 2 övladıdır. Onun qızı Viktoriya və azyaşlı oğlun hər biri 12,4 milyard dollar qazanacaq.
Siyahıda ümumilikdə, 20 iş adamı yer alıb.