“Kəlbəcər, Laçın, Qubadlı və Zəngilandan köçmüş ermənilər yenidən Qarabağa qaytarılır...”
Tarix: 28.05.2021 / 11:50 •
Oxundu: 190 dəfə •
“Bu qanunsuz məskunlaşmanın təmin olunmasında Ermənistana və separatçı-terrorçu rejimə Laçın “dəhliz”indəki sərhəd-keçid məntəqəsində dayanan Rusiya hərbçiləri yardım edir...”
II Qarabağ savaşı zamanı Kəlbəcər, Laçın, Qubadlı və Zəngilandan köçmüş ermənilər mütəmadi olaraq İrəvanda hökumət binasının qarşısına toplaşır və mənzillə, işlə təmin olunmalarını tələb edirlər.
İDEAL Media.az xəbər verir ki, bu haqda qəsbkar Ermənistan nəşrləri məlumat yayır.
Köçkünlərin problemlərini həll etmək üçün Baş nazir N. Paşinyanın 17 noyabr 2020-ci il tarixli qərarı ilə baş nazir müavini Mqer Qrigoryanın rəhbərlik etdiyi işçi qrupu yaradılıb. Qarabağdakı separatçı-terrorçu rejimin Ermənistandakı operativ qərargahının açıqlamasında deyildiyi kimi, köçkün etirazçılara hər zaman məsələnin müzakirə olunduğu bildirilir. Əslində isə komissiya uzun müddətdir iclas keçirmir.
Qarabağdakı separatçı-terrorçu rejimin Ermənistandakı operativ qərargahının rəhbəri Mikael Virabyan jurnalistlərə açıqlamasında bildirib ki, hələ Ermənistanda köçürülmə və ya işə düzəltmək üçün dövlət proqramı yoxdur, amma məsələ müzakirə olunur. Mənzil üçün müraciət edən köçkün ermənilərə isə Yuxarı Qarabağa köçmək təklif olunur.
M.Virabyanın sözlərinə görə, artıq əksəriyyəti Laçın, Kəlbəcər, Qubadlı və Zəngilandan çıxmış olan 60 ailə Qarabağa köçüb. Onlar Əsgəran, Xocavənd, Ağdərə ərazilərində, lakin əsasən Xocalının Badara kəndində məskunlaşıb.
"Orada dövlətin(separatçı-terrorçu rejimin-S.L.) bu ailələr üçün yenidən qurduğu və təmin etdiyi xüsusi evlər var"- deyə Virabyan bildirib.
İşğal dövründə Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisində qondarılmış “Kaşataq rayonu”nun başçısı David Davidyan isə müharibə bitdikdən bu günə qədər həmin bölgələrdən çıxmış 400 erməni ilə birlikdə Yuxarı Qarabağa qaytarılıb. Orada çoxuşaqlı ailələr üçün əlverişli şərait yaradır, ev və heyvan təmin edir. Onun sözlərinə görə, artıq Laçın rayonunun Zabux kəndində 100-dən çox erməni sülənir və Sus kəndindəkilərin də sayı artıb.
Göründüyü kimi, Ermənistan hökuməti növbəti qanunsuzluqla məşğuldur. Söhbət ondan gedir ki, 30 ilə yaxın işğal müddətində qəsbkar ölkə ərazisindən köçürülərək nəinki keçmiş Dağlıq Qarabağ, ondan kənardakı 7 rayonda da qeyri-qanuni məskunlaşdırılmış və son müharibə zamanı Ermənistana qayıtmış ermənilər yenidən dövlətimizin məlumatı olmadan Laçın “dəhlizi” vasitəsilə Yuxarı Qarabağdakı Azərbaycan torpaqlarına qaytarılır. Bu da gələcəkdə həmin torpaqlarımızda ermənilərin sayının şişirdilməsinə şərait yaradır. Və həmin qanunsuz məskunlaşmanın təmin olunmasında Ermənistan və separatçı-terrorçu rejimə Laçın “dəhliz”indəki sərhəd-keçid məntəqəsində dayanan Rusiya hərbçiləri yardım edir...