Bu gün:


Türkiyə şəhid verdi

Tarix: 02.06.2021 / 10:55  •   Oxundu: 111 dəfə  •  

Türkiyənin Bitlis vilayətinin Tatvan ərazisində separatçı terror təşkilatı üzvləri ilə silahlı qarşıdurma olub.

İDEAL Media.az xəbər verir ki, qarşıdurma nəticəsində Bitlis vilayətinin Jandarma Komandanlığına mənsub 1 təhlükəsizlik işçisi şəhid olub və 5 türk əsgəri yaralanıb.

Bitlis bələdiyyəsi bölgədə qaçan terrorçuları zərərsizləşdirmək üçün hərbi hava qüvvələri tərəfindən əməliyyat başladıldığı məlumatını yayıb.