Ərdoğan iclas keçirir: gündəlikdə Qarabağ da var
Tarix: 02.06.2021 / 16:04 •
Oxundu: 80 dəfə •
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.
İDEAL Media.az xəbər verir ki, toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
İclasda müzakirə olunacaq məsələlərdən biri də Azərbaycanın Ağdam rayonunda yerləşən və Qarabağda atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətidir.
Toplantıda Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanla yanaşı, Liviya və Suriyadakı fəaliyyəti də nəzərdən keçirilir.
İclasda İraqın şimalında terrorçulara qarşı keçirilən “Pəncə” əməliyyatlarının gedişi, Kipr məsələsi, Egey və Aralıq dənizindəki vəziyyət, terrora qarşı mübarizə və digər strateji məsələlər müzakirə olunur.
İyunun 14-də Brüsseldə NATO-ya üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. Təhlükəsizlik Şurasının müzakirə edilən digər məsələsi Türkiyə hərbçilərinin alyansdakı vəzifələri ilə bağlıdır.