Bu gün:


Putin Çin-Hindistan problemindən danışdı

Tarix: 05.06.2021 / 10:05  •   Oxundu: 77 dəfə  •  

Çin və Hindistan aralarında yaranmış ərazi mübahisəsinin həlli yolunu tapacaq.

İDEAL Media.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Əsas odur ki, bu problemə regional olmayan güclər müdaxilə etməsin”, - deyə Putin bildirib.

Qeyd edək ki, iki ölkə arasında yerləşən Ladax bölgəsi mübahisəli ərazi sayılır. Təkcə ötən il ərzində sözügedən bölgədə tərəflər arasında bir neçə dəfə silahlı qarşıdurma yaşanıb. Hər iki tərəfdən itkilər olub.