Bu gün:


Türkiyədən NATO-ya S-400-lərlə bağlı...

Tarix: 07.06.2021 / 11:03  •   Oxundu: 90 dəfə  •  

Türkiyə hökuməti Rusiyadan aldığı S-400 zenit raket sistemlərini NATO üçün təhlükə hesab etmir və bu mövzuya realist mövqedən yanaşmağı planlaşdırır.

İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın L'Opinion qəzetinə açıqlamasında deyib.

"S-400 raketləri NATO üçün heç bir təhlükə yaratmır. Türkiyə S-400 məsələsinə realist mövqedən və konstruktiv dialoq əsasında yanaşmaq niyyətindədir", - o bildirib.

Nazir əlavə edib ki, Ankara NATO tərəfdaşlarına qarşı heç bir düşmənçilik hərəkəti etmədiyini sübut edib.