Bu gün:


Türkiyədə yeni nəsil “QAZel”buraxıldı

Tarix: 07.06.2021 / 19:02  •   Oxundu: 126 dəfə  •  

Rusiyanın “QAZ Qrup” şirkəti Türkiyədə “QAZel NN” yüngül kommersiya avtomobilinini buraxılışına başlayıb.

İDEAL Media.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

“Buraxılış şirkətin Sakarya şəhərindəki yığım meydançasında baş tutub. Bu, Avro-6 ekoloji standartlarına cavab verən ilk yüngül kommersiyalı rus avtomobilidir”, - məlumatda qeyd olunub.

Gələcəkdə Türkiyədə yük və yük-sərnişin furqonların da buraxılması planlaşdırılır.