Bu gün:


Qarabağla bağlı VACİB MÜZAKİRƏ: İyunun 14-də...

Tarix: 08.06.2021 / 09:37  •   Oxundu: 130 dəfə  •  

ABŞ prezidenti Co Bayden və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Brüsseldə baş tutan görüş zamanı Qarabağ məsələsi müzakirə ediləcək.

İDEAL Media.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan belə açıqlama verib. Görüş zamanı həmçinin Əfqanıstan, Suriya və İranla bağlı məsələlər də gündəmdə olacaq.

Qeyd edək ki, dövlət başçıları NATO sammitində bir araya gələcək. Sammit iyunun 14-də keçiriləcək.