Bu gün:


Məşhur aktrisa: “Ətrafımdakı qadınların hamısına təcavüz edilib”

Tarix: 08.06.2021 / 15:03  •   Oxundu: 211 dəfə  •  

Britaniyalı Hollivud ulduzu Kira Naytli qadınlara qarşı zorakılıqdan danışıb.

Bu barədə məşhur aktrisa “Harper's Bazaar” jurnalına müsahibəsində deyib.

Naytli bildirib ki, ətrafındakı qadınların hamısı müxtəlif dərəcədə təcavüzə məruz qalıb:
“Şəxsən mən sözün əsl mənasında, təcavüzə məruz qalmayan və ya boğazının kəsiləcəyi, üzünə yumruq vurulacağı və ya buna bənzər bir şeylə qarşılaşmayan birini tanımıram. Hamının belə təcrübəsi var”.