Bu gün:


İranda namizəd Azərbaycan dilində səs istədi

Tarix: 10.06.2021 / 15:30  •   Oxundu: 101 dəfə  •  

İranda prezident seçkiləri çərçivəsində təbliğat-təşviqat kampaniyası başlayıb.

İDEAL Media.az xəbər verir ki, kampaniya çərçivəsində Mərkəzi Bankın keçmiş sədri, prezidentliyə namizəd, azərbaycanlı Əbdünnasir Himməti İranın rəsmi televiziyasına müsahibə verib.

Müsahibə zamanı diqqət çəkən məqam Himmətinin seçicilərə Azərbaycan dilində müraciət etməsi və dəstək istəməsidir.

Qeyd edək ki, İranda prezident seçkiləri 18 iyunda keçiriləcək.