Bu gün:


Rusiya Qarabağın bərpasında iştirak edəcək?

Tarix: 11.06.2021 / 15:05  •   Oxundu: 121 dəfə  •  

Rusiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirak etməyə hazırdır.

İDEAL Media.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

“Bölgələrdə yaşayışın bərpasına gəlincə, təbii ki, Rusiya şirkətlərinin bu işlərə hansı mərhələdə, hansı formada qoşula biləcəyinə dair Azərbaycan tərəfinin təkliflərilə məmnuniyyətlə tanış olardıq. Məlum olduğu kimi, Azərbaycan hökuməti konkret rayonların, o cümlədən Ağdam rayonunun bərpasına dair planlar üzərində çalışır. Bunun ardından başqa rayonların də bərpasına dair plan və proqramlar hazırlanmalıdır. Bu prosesə qoşulmaqda maraqlıyıq”, - diplomat bildirib.