Bu gün:


Salyanda körpə divandan yıxılaraq öldü

Tarix: 11.06.2021 / 15:32  •   Oxundu: 139 dəfə  •  

Salyan rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə olub.

2020-ci il təvəllüdlü Məmmədəmin Əhmədzadə divandan yıxılaraq dünyasını dəyişib.

Qeyd edək ki, M.Əhmədzadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Seymur Əhmədzadənin övladıdır. S.Əhmədzadə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə saxlanılmışdı. Bu iş üzrə təqsirləndirilən cəbhəçiyə dövlət ittihamçısı bu gün keçirilən məhkəmə iclasında 3 il 6 ay müddətinə şərti cəza istəyib.