Bu gün:


Paşinyan Lavrovu prezident adlandırdı

Tarix: 13.06.2021 / 09:36  •   Oxundu: 109 dəfə  •  

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan növbəti dəfə gülüş hədəfi olub.

İDEAL Media.az xəbər verir ki, Paşinyan Geqarkunik bölgəsində seçkiqabağı mitinqdə çıxış edərkən Rusiya xarici işlər naziri Sergey Lavrovu əvvəlcə prezident, daha sonra baş nazir adlandırıb.

"Nə vaxt ki, prezident... Rusiyanın baş naziri Sergey Lavrov İrəvana gəldi və bir gün əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri minalı ərazilər haqqında informasiya ilə bağlı çağırışlar çıxış etdi..." - Paşinyan deyib.

Bu an Paşinyanın yanında olan xanımı Anna Akopyanı gülmək tutub.