Bu gün:


Paşinyanın tərəfdarlarının iştirakı ilə əlbəyaxa dava

Tarix: 15.06.2021 / 11:38  •   Oxundu: 400 dəfə  •  

Ermənistanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca ölkə daxilində gərginlik artır.

İDEAL Media.az xəbər verir ki, baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın tərəfdarlarının İrəvanın Malatiya-Sebastiya rayonundakı yürüşü zamanı əlbəyaxa dava olub.

Ermənistan mətbuatının yazdığına görə, dava Paşinyanın tərəfdarları ilə Çiçəklənən Ermənistan Partiyasının qərargahının əməkdaşları arasında olub.

Qeyd edilir ki, hər şey mübahisə ilə başlayıb, tərəflər sonra yumruq davasına çıxıblar. Qarşıdurmaya polis əməkdaşları müdaxilə etməli olublar. Onlar dava iştirakçılarını ayırıblar.