Bu gün:


KONTAKT HOMDA FIRILDAQ İSLAHATLAR DAVAM ETDİRİLİR...

Tarix: 18.06.2021 / 15:17  •   Oxundu: 169 dəfə  •  

Şəhid Ailəsinə qarşı törətdiyi əclaf davranışlarından mükafatlanan “Kontakt Homçular”ın Vətəndaşların hüquqlarının pozulması istiqamətində apardıqları “islahatlar”  davam etdirilməkdədir. 

İDEAL Xəbər Portalına şikayət edən Vətəndaş Səbuhi Əliyev, Rəxşəndə Sultanova,Məlik Həsənov, Amil Tağıyev soyadlı şəxslər öz müraciətlərində bildirirlər ki, zəmanətlə ğötürdüyümüz radiotextiki avadanlıqlaq xarabdır,keyfiyyətsizdir,işləmir və Kontaktın servislərinə müraciət edərkən müxtəlif absurd sözlərlə bizi aldatmaqda davam edirlər,hüquqlarımızı pozurlar.

Vətəndaşların şikayətləri üzrə kontaktla əlaqə saxladıq. Özünü Aysel Əliyeva kimi təqdim edən şəxs şirkətin spesifikasına uyğun formada açıqlama verərək günəşlə ayın yerini səhv saldı.

Görünür Deputatxanaya təyinat almış Abdullayev Elnur adlı prototip üçün şəxsi-korporotiv maraqları dövlət maraqlarından üstündür.

Unutmaq lazım deyil ki, hansısada şirkətin özəl olması qanunların özəlləşdirilməsilə hər hansı formada əlaqəsi yoxdur.

Dələduz şəbəkənin istək və arzularından asılı olmayaraq, Qanun qarşısında hər kəsin bərabərhüquqlu olması qanunun tələbidir....

Mövzu diqqətimizdədir.

Cavid Camal