Xocalının kəndində ermənilər üçün 211 yeni evin tikintisi davam edir...
Tarix: 19.06.2021 / 09:48 •
Oxundu: 168 dəfə •
Xocalı rayonunun Azərbaycan ordusu tərəfindən azad edilmiş Sığnaq, Moşhmaat, Mədətkənd və s. kəndlərindən könüllü köçmüş ermənilər üçün “Astxaşen” adlandırılmış Daşbulaq kəndi ərazisində inşa edilən yeni bir qəsəbədə inşaat işləri sürətlə davam edir.
İDEAL Media.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bu haqda separatçı-terrorçu rejimin qanunsuz “şəhərsalma nazirliyi”ndən bildirilib:
“Qəsəbədə ümumilikdə 211 fərdi ev tikiləcək. Ümumi tikinti sahəsi 523 min kvadratmetrdir.
Layihəyə əsasən, tikilməkdə olan yeni qəsəbədə bələdiyyənin yerləşəcəyi bir icma mərkəzi, tibb mərkəzi, 200 nəfərlik sosial tədbirlər salonu, uşaq meydançası və stadion olacaqdır.
Yeni məhəllənin 2022-ci ilin sonuna qədər tam istifadəyə verilməsi planlaşdırılır.
Tikintinin maliyyələşdirilməsi “Hayastan” ümumerməni fondu tərəfindən aparılır.
Podratçı şirkət “Kapavor MMC”-dir”- separatçı qurumun yaydığı xəbərdə belə deyilir.