Bu gün:


Bayden Putinlə görüşürsə, biz də belə etməliyik

Tarix: 19.06.2021 / 10:11  •   Oxundu: 160 dəfə  •  

Avropa Birliyi Moskva ilə açıq dialoq aparmalıdır, çünki ABŞ bunu edir.

İDEAL Media.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.

“Hibrid hücumlara məruz qaldığımızı bildirməliyik, ancaq digər tərəfdən, Avropa Birliyində təhlükəsizlik və sabitliklə maraqlandığımız üçün nə qədər çətin olsa da, Rusiya ilə dialoqda qalacağıq. Fikrimcə, əgər ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşür və onunla açıq dialoqu dəstəkləyirsə, biz də Avropa tərəfdən bunu etməliyik”, - Merkel bildirib.